...

Azərbaycanda enerji sisteminin davamlılığı yüksəldilir

Energetika Materials 10 Avqust 2012 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir E.İsmayılov/

"Mingəçevir" regional elektrik şəbəkəsinin fəaliyyət sahəsinə daxil olan 220/110 kilovoltluq yeni "Ağdaş" yarımstansiyasının tikintisi ilin sonunadək başa çatacaq. Bu barədə cümə günü Trend-ə "Azərenerji" ASC-dən məlumat verilib.

Öz növbəsində, "Mingəçevir" SES, "Ağdaş", "Goranboy" və "İmişli" yarımstansiyaları arasında yeni enerjiötürücü xətlərin çəkilməsi enerji sisteminin davamlılığının təmin edilməsinə öz töhfəsini verəcək.

Xəbər lenti

Xəbər lenti