...

Lənkəran rayonunun daha 3 kəndinə təbii qaz verilib

Energetika Materials 25 Sentyabr 2013 18:05 (UTC +04:00)
Bu gün Lənkəran rayonunun daha 3 kəndinə təbii qazın verilişinin bərpası münasibətilə tədbirlər keçirilib.
Lənkəran rayonunun daha 3 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Bu gün Lənkəran rayonunun daha 3 kəndinə təbii qazın verilişinin bərpası münasibətilə tədbirlər keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 624 abonenti olan Kənarmeşə, Şilim və Seyidəkəran kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 29,8 kilometr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 624 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti