...

Lənkəran rayonunun daha 3 kəndinə təbii qaz verilib

Energetika Materials 28 Yanvar 2014 19:54 (UTC +04:00)
Bu gün Lənkəran rayonunun Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinə təbii qaz verilib.
Lənkəran rayonunun daha 3 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Bu gün Lənkəran rayonunun Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 1567 abonenti olan Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 19 979 metr uzunluğunda polietilen və 37 779 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1567 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti