...

Sentyabrda Novorossiysk limanından neft daşımalarının qrafiki

Energetika Materials 3 Sentyabr 2014 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilin sentyabrında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanı vasitəsilə ümumilikdə 85 min ton neft daşıyacaq. Novorossiyskdən neft sentyabrn 22-23-də bir partiyada yola salınacaq.

Ümumilikdə sentyabrda Novorossiyskdən 2,63 milyon tona yaxın neft yüklənəcək.

ARDNŞ Novorossiysk limanı vasitəsilə öz yataqlarında hasil edilən neftinin, eləcə də Azərbaycanın quru yataqlarında çalışan birgə müəssisə və əməliyyat şirkətlərinin neftinin daşınmasını həyata keçirir. Neft limana ARDNŞ-nin operatoru olduğu Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

2013-cü ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə 2012-ci ildəki 2,06 milyon tona qarşı 1,75 milyon ton neft ixrac edib.

Bir müddət əvvəl Rusiya tərəfi Bakı-Novorossiysk boru kəməri üzrə neft nəqlinə dair hökumətlərarası sazişin fəaliyyətini dayandırmaqla bağlı qərar qəbul etmişdi. Buna baxmayaraq, bu kəmərin əks istiqamətdə də işləməsi ilə bağlı Rusiya tərəfi ilə danışıqların davam etdirilməsi üçün imkanların mövcud olduğu bəyan edilirdi.

2014-cü ilin fevral ayında Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra ARDNŞ ilə Rusiyanın "Transneft" şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni 1 illik müqavilə imzalandı.

Əvvəlki sazişə əsasən, Bakı-Novorossiysk boru kəməri üzrə nəqlin tarifi 1 tona görə 15,67 dollar təşkil edib. Mənbə qeyd edib ki, şimal istiqamətində neft nəqlinin yeni tarifi 16 dollardan bir az artıqdır.

Qeyd edək ki, ARDNŞ 2008-ci ildən etibarən Bakı-Novorossiysk boru kəmərinin operatorudur. Boru kəmərinin uzunluğu 1147 kilometrdir.

Sentyabrda Novorossiyskdən neft yükləmələrinin qrafiki Trend-ə "Energy Intelligence Group" agentliyi tərəfindən təqdim olunub.

Mövqe

1-ci yanalma körpüsü

Tarix

Mövqenin sahibi

Həcm

(min tonla)

1.

31-01

Rosneft

140

2.

04-05

Tatneft

145

3.

06-07

Rosneft

140

4.

08-09

Bashneft

140

5.

11-12

Gazprom Neft

140

6.

14-15

Kaztransoil (Samara-Novorossiysk) -- 50

140

Kaztransoil (Makhachkala-Novorossiysk) -- 90

7.

21-22

Vacant position

140

8.

24-25

Rosneft

140

9.

29-30

Kaztransoil (Makhachkala-Novorossiysk)

140

2-ci yanalma körpüsü

1.

31-01

Independent producers

39

2.

02-03

Lukoil

80

3.

03-04

Rosneft

80

4.

05-06

Kaztransoil (Samara-Novorossiysk)

80

5.

06-07

Lukoil (Siberian Light)

80

6.

07-08

Rosneft

80

7.

09-10

Lukoil

80

8.

10-11

Kaztransoil (Samara-Novorossiysk)

80

9.

12-13

Rosneft

80

10.

13-14

Lukoil

80

11.

14-15

Russneft (Siberian Light)

80

12.

22-23

Socar (Siberian Light)

85

13.

23-24

Kaztransoil (Samara-Novorossiysk)

80

14.

25-26

Rosneft

80

15.

26-27

Lukoil

80

16.

27-28

Independent producers

80

17.

29-30

Gazprom Neft - 44 (Siberian Light)

80

Ayrılan həcmlər - 36 (Siberian Light)

Sentyabrda cəmi

2 629

Məqalədə:
Xəbər lenti

Xəbər lenti