...

Lənkəranın Səbir kəndinə ilk dəfə qaz verilib

Energetika Materials 4 Dekabr 2014 16:37 (UTC +04:00)
Bu gün Lənkəran rayonunun Səbir kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Lənkəranın Səbir kəndinə ilk dəfə qaz verilib

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Bu gün Lənkəran rayonunun Səbir kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin saytın istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. Bildirilib ki, 103 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5116 metr olan müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 103 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti