...

BP-nin regional prezidentindən "Şahdəniz-2"də görülən son işlərlə bağlı açıqlama

Energetika Materials 22 Noyabr 2016 15:22 (UTC +04:00)
"Şahdəniz” qaz yatağında aparılan işlərin ikinci mərhələsi çərçivəsində işlər 80 faizdən artıq həyata keçirilib.
BP-nin regional prezidentindən "Şahdəniz-2"də görülən son işlərlə bağlı açıqlama

Bakı. Maksim Tsurkov - Trend:

"Şahdəniz” qaz yatağında aparılan işlərin ikinci mərhələsi çərçivəsində işlər 80 faizdən artıq həyata keçirilib. Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, bu barədə BP şirkətinin Türkiyə üzrə regional prezidenti Mik Stamp deyib.

Onun sözlərinə görə, BP və tərəfdaşlar layihəni planlaşdırıldığı müddət ərzində bitirəcəklər.

O bildirib: "Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlər 50 faiz yerinə yetirilib, ümumilikdə "Şahdəniz-2" layihəsi üzrə işlər 80 faizdən artıq yerinə yetirilib. İşlər tam gücü ilə gedir. 2018-ci ildə qazı Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırmaq niyyətindəyik".

Onun sözlərinə görə, bu işlərdə təhlükəsizlik önəmli məsələdir: "Boru kəmərlərinin təhülkəsizliyi prioritet məsələdir. BP həmişə əlavə xərclər sərf edir ki, xətlərinin təhlükəsizliyi yüksək səviyyədə olsun. Bu sahədə Türkiyə təhülkəsizlik qüvvələri ilə birgə işləyirik".

Qeyd edək ki, 1,2 trilyon kubmetr qaz ehtiyatına malik “Şahdəniz” yatağının istifadəsi üçün müqavilə 1996-cı ildə imzalanıb.

Bu müqavilədə pay sahibləri: 28,8 faizlə operator, 10 faizlə "AzSD", 6,7 faizlə "SGC Upstream", 15,5 faizlə "Petronas", 10 faizlə "Lukoil", 10 faizlə "NICO" və 19 faizlə "TPAO" şirkətləridir.

“Şahdəniz 2” yatağında işlərin dəyəri 28 milyard dollar həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti