...

Azərbaycan neftinin SON QİYMƏTİ - Yarım dollar bahalaşıb

Energetika Materials 30 İyun 2017 22:19 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 29-da 48,49 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ - Yarım dollar bahalaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 29-da 48,49 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,52 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 29-da 47,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,54 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 29-da 45,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 29-da 47,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti