...

Energetika Nazirliyində kadr dəyişiklikləri olub

Energetika Materials 15 Noyabr 2017 18:29 (UTC +04:00)
Azərbaycan Energetika Nazirliyində kadr dəyişiklikləri olub.
Energetika Nazirliyində kadr dəyişiklikləri olub

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Energetika Nazirliyində kadr dəyişiklikləri olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə Enerji siyasəti və yanacaq-enerji resursları şöbəsinin müdiri Elxan Həşimova həvalə edilib.

Bundan başqa, Enerji Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə elektroenergetika şöbəsinin müdiri Amil Mürsəliyevə həvalə olunub.

Beynəlxalq şöbənin müdiri vəzifəsi isə Esmira Cəfərovaya tapşırılıb.

Qeyd edək ki, E.Cəfərova Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Məsələləri İdarəsində üçüncü katib, xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsində birinci katib, NATO şöbəsinin müdiri, Azərbaycan Respublikasının ATƏT yanındakı Missiyasında ikinci, üçüncü katib, BMT yanındakı Missiyasında birinci katib, BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq məsələləri üzrə məsul ekspert, ADA Universitetində baş müəllim kimi çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti