...

BTC CO BAKI-TBİLİSİ-CEYHANA 2 MİLYON BARELDƏN ARTIQ AZERI LIGHT NEFTİ DOLDURUB

Energetika Materials 8 Avqust 2005 16:24 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) 2 milyon bareldən artıq "Azəri-Çıraq-Cünəşli" yatağından hasil edilən Azeri Light növündən olan neftlə doldurub. Bu barədə avqustun 8-də BTC CO-nun rəhbəri Maykl Taunşend məlumat verib.

Onun sözlərinə görə, boru kəmərindəki neft demək olar ki, artıq Gürcüsğtanın sərhədlərinə çatıb.

Ehtimal edilir ki, bu həftənin sonlarında neft Gürcüstanın iki nasos stansiyasından birində olacaq. "Sentyabr-oktyabr aylarında boru kəmərinin Gürcüstan hissəsi doldurulacaq və neft Türkiyə sərhəddinə çatacaq", - deyə o bildirib.

Hazırda layihə ilə bağlı üç ölkədən 8100 nəfərə yaxın adam çalışır. Gürcüstanda BTC-nın tikintisi 95 %, Türkiyədə 92%, nasos stansiyalarının tikintisi 88%, Ceyhan terminalının tikintisi isə 99% başa çatıb.

Xəbər lenti

Xəbər lenti