...

Əlixan Məlikov: "Azərqiaz" "ŞahDəniz"dən qazın qəbulu üçün Səngəçal-Qaradağ-Hacıqabul qaz kəmərini çəkəcək

Energetika Materials 24 Fevral 2006 15:30 (UTC +04:00)

2006-cı ildə "Azəriqaz" QSC "ŞahDəniz" yatağında hasil olunan qazın milli qaz nəqliyyatı sisteminə qəbulu üçün 68 km uzunluğunda Səngəçal-Qaradağ-Hacıqabul qaz kəmərinin çəkilməsinə başlamaq niyyətindədir. Trend bildirir ki, bu barədə QSC rəhbəri Əlixan Məlikov bəyan edib. Yüksək təzyiqli qaz kəmərinin çəkilməsi layihəsinin dəyəri $45 mln. olaraq qiymətləndirilir.

Həmçinin bu il "Şimal" elektrik stansiyasına qazın verilməsi üçün inşa edilmiş Qaradağ qaz-kompressor stansiyasının gücünün artırılması üçün kredit alınması nəzərdə tutulur. Burada gündəlik 5 mln.m3 qaz gücündə olan iki kompressorun qurulması nəzərdə tutulur. Stansiyanın gücünün artırılması Sumqayıt buxar-qaz qurğusuna qaz tədarükü üçün həyata keçirilməlidir. Bu qurğunun inşası 2007-ci ildə başa çatdırılacaq. Layihənin dəyəri $25 mln.həddində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti