...

ARDNŞ yanvar – may aylarında Novorossiyskdan 230 min tona qədər neft göndərib

Energetika Materials 1 İyun 2006 19:02 (UTC +04:00)

Yanvar- may aylarında Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) Novorossiysk limanından 2005-ci ilin analoji dövründəki 815,2 min ton neftin müqabilində Urals sortlu 228,993 min ton neft göndərib. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər. Dövlət Neft şirkətinin məlumatına əsasən, 2006-cı ilin aprel və may aylarında Novorissiyskdan ARDNŞ-ə məxsus neft göndərilməyib. ARDNŞ neftinin may partiyasının göndərilməsi iyun ayına keçirilib. 2005-ci ilin may ayında ARDNŞ-in Novorossiyskdən göndərilən neftinin həcmi 76,348 min ton təşkil edib.

ARDNŞ-də qeyd ediblər ki, 2006-cı ilin yanvar-may ayları ərzində "şimal" marşrutu üzrə, ümumi olaraq, 1,956 milyon ton neft nəql edilib ki, bunun 287,1 min tonu ARDNŞ-in payına, 1,668 milyon tonu isə ABƏŞ-in payına düşüb. May ayında ümumi nəql edilən neft 399,36 min ton təşkil edib ki, bunun 66,79 min tonu ARDNŞ-in payına, 332,57 min tonu isə ABƏŞ-in payın düşüb.

Bakı-Novorossiysk boru kəməri üzrə neftin 1 tonunun nəql edilməsinin qiyməti 15,67 dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti