...

ARDNŞ beynəlxalq neft konfransına dəvət olunub

Energetika Materials 28 Noyabr 2006 15:47 (UTC +04:00)

ARDNŞ neft hasilatının ştanq vasitəsilə qazıma üsulunun prespektivləri və problemlərinə həsr olunmuş elmi-təcrübi konfransa dəvət olunub. Konfrans 7-8 dekabr 2006-cı ildə Permdə (Rusiya) keçiriləcək.

Trend in xəbər verdiyi kimi, konfransın təşkilatçıları arasında Rusiyanın aparıcı neft-mədən avadanlıq istehsalçıları, o cümlədən servis və təmir təşkilatları da var. Aparıcı ali məktəblərin və neft-qaz kompleksinin akademik institutlarının ekspertləri məruzə ilə çıxış edəcək.

Konfransa dəvət olunan şirkətlər: "NOVOMET" QSC, "İjneftemaş" QSC, "Neftservisholdinq" MMC, "LUKOYL-Perm" MMC, "LUKOYL-Koqalımnefteqaz" ASC, "LUKOYL-TPP Pokaçevnefteqaz" ASC, "LUKOYL-TPP Uraynefteqaz" ASC, "LUKOYL-TPP Lanqepasnefteqaz" ASC, "LUKOYL-Komi" ASC, "Surqutnefteqaz" ASC, "Udmurdneft" ASC, ""FIAL" MM, "KazMunayQaz" SC, "KazaxTurkMunay", "KazaxOilAktyube", "BMB Munay", "KazaxTakMunay", SC "Alties Petrolium İnterneyşnl", "NOBEL OIL" QSC, "TATOILGAS" QSC, "Ukrnafta" SC, "NAFTOQAZ Ukratni" MŞ, "Belorusneft" İB.

Xəbər lenti

Xəbər lenti