...

Azərbaycan və Gürcüstan Kulevidə neft terminalının alınmasına dair razılaşma əldə ediblər

Energetika Materials 11 Yanvar 2007 11:00 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Kulevidə (Porti limanının yaxınlığında) neft terminalının alınmasına dair razılaşma əldə edib. Trend in Grcüstandakı müxbiri xəbər verir ki, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev Gürcüstanın "Rustavi-2" teleşirkətinə bildirib.

Kulevi limanında tikilib başa çatdırılmamış neft terminalanı gürcü biznesmeni Badri Patarkatsişvili satıb. O, bu tikintiyə150 milyon dollar sərmayə qoyub və işin perspektivli olduğunu düşünüb. Onu terminaldan imtina etməyə nə məcbur edib - məlum deyil. Güman edilir ki, hökumət bu terminalın mərkəzi nefttranzit şəbəkəsinə çevrilməsindən imtina edərək neft terminalının Batumidə inkişaf etdirilməsi və Potidə azad ticarət zonası yaradılması barədə qərar qəbul edib. Məhz bu da gürcü milyarderinin planlarını dəyişib və o, terminalı saptmaq qərarına gəlib.

Patarkatsişviliyə qədər terminalın tikintisi ilə 2000-ci ildən təsisçiləri Gürcüstan dəmir yolu və "Aqromar oyl" Avstriya şirkəti olan "Terminal-2000" məşğul olub.

Lakin 2002-ci ildə maliyyə çatışmazlığı səbəbindən tikinti dayandırılıb və 2004-cü ildə tikintinin davam etdirilməsini Patarkatsişvili öz üzərinə götürüb. Özü isə deyir ki, bu barədə ondan o vaxtkı baş nazir Zurab Jvaniya xahiş etmişdi.

ARDNŞ dəmir yolu vasitəsilə Kuleviyə çatdırılan neftin nəqlinə 2007-ci ilin yazından başlaya bilər. Liman 150 tona qədər tutumu olan tankerləri qəbul etməyə imkan verir. İlkin mərhələdə terminal sahibi ildə 10 milyon tona qədər neft nəqli nəzərdə tuta bilər,

Xəbər lenti

Xəbər lenti