...

Nazir: Azərbaycanda alternativ mənbələr hesabına enerji istehsalı baha və az səmərəlidir

Energetika Materials 17 Yanvar 2007 15:51 (UTC +04:00)

Hazırda Azərbaycanda alternativ mənbələr hesabına enerji istehsalı çox baha və az səmərəlidir. "Ona görə də indi bizim neft-qaz ehtiyatlarımızdan istifadə etmək daha səmərəli və ucuzdur", - deyə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev çərşənbə günü bildirib. Bu barədə Trend xəbər verir.

Nazir qeyd edib ki, dünyada, xüsusilə də, Avropada enerjinin alternativ mənbələrinin olmasına baxmayaraq (su, külək və ya günəş enerjisi) 1 kVt/saatın istehsalı 12 sentə başa gəlir. Azərbaycanda neft və qazdan istifadə hesabına bu göstərici üç dəfə ucuzdur.

Alternativ enerji mənbələrinin yaradılması layihələrinin reallaşdırılması üçün kommersiya əsasına malik olmaq lazımdır.

"Layihələrdə iştirak etmək üçün sahibkarların qanun, hüquq və şərtlərinə malik olmaq lazımdır. Alternativ enerji mənbələri üzrə layihələrin reallaşdırılması yalnız özəl şirkətlər hesabına həyata keçirilə bilər", - deyə nazir qeyd edib.

Hazırda nazirlik bu layihələrin reallaşdırılması üçün ən səmərəli və mümkün yerləri müəyyən etmək niyyətindədir. Xəritə hazırlanacaq.

Lakin, nazirin qeyd etdiyi kimi, qanunvericilikdə də dəyişikliklər etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti