...

Azərbaycan Dövlət Neft Şirkətinin "Heydər Əliyev adına" Bakı NEZ neft emalının dərinliyini 61,4%-ə qədər artırıb

Energetika Materials 18 Yanvar 2007 19:10 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin "Heydər Əliyev adına" Bakı Neft emalı zavodunun texnoloji qurğularında neft emalının dərinliyi emalın səmərəliliyinin artırılması hesabına 61,4%-ə çatdırılıb. Trend xəbər verir ki, bu barədə ARDNŞ-dən məlumat verilib. Ötən illə müqayisədə emal dərinliyi 1,8% artıb.

2006-cı ildə bu zavodda əlavə olaraq 245,5 min ton müxtəlif neft məhsulları istehsal olunub. NEZ-də 748,1 mln. manat məbləğində mənfəət məhsulu istehsal olunub, bu isə proqnozdan 5% çoxdur. 2005-ci illə müqayisədə neft məhsullarının istehsal həcmi 52,3% artıb.

İstehsal olunmuş məhsulların ümumi həcmindən 37,9% ixrac olunub. Bu həcmdən 41,4% müəssisədə istehsal olunan motor yanacağının payına düşür. 2005-ci illə müqayisədə 2006-cı ildə neft məhsullarının ixracı 67,1% artıb.

Xəbər lenti

Xəbər lenti