...

Dövlət Statistika Komitəsi: "Azərbaycan 2006-cı ildə neft hasilatını əhəmiyyətli dərəcədə artırıb"

Energetika Materials 22 Yanvar 2007 18:06 (UTC +04:00)

2006-cı ildə Azərbaycanda 32,26 mln. ton neft hasil olunub. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən xəbər veriblər. Bu həcm 2005-ci ilə nisbətən 45,3% çoxdur.

2006-cı ildə dövlət sektorunun payına 7,84 mln. tonn neft düşüb ki, bu 2005-ci ildən 1,7% azdır. Qeyri dövlət sektorunun payına 24,43 mln. ton neft düşüb ki, bu 2005-ci ildən 71,5% çoxdur.

2006-cı ildə Azərbaycanda qaz hasilatı həcmi 6,76 mlrd. kub metr təşkil edib ki, bu 2005-ci ildən 18% çoxdur . Bu həcmdən dövlət sektorunun payına 4,34 mlrd. kub metr düşüb ki, bu 2005-ci ildən 13,5% çoxdur. Qeyri dövlət sektorunun payına 2,42 mlrd. kub metr qaz düşüb ki, bu 2005-ci ildən 26,9% çoxdur.

2006-cı ildə neft və qaz hasilatı həcminin artması əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin hesabına (ABƏŞ) olub, o, "Azəri-Çıraq-Günəşli" yatağı blokundan yüngül neft və səmti qazları çıxarır.

2006-cə il ərzində ABƏŞ 23,3 mln. tonn neft çıxarıb. "Şahdəniz" yatağından 4,8 mln. kub metr qaz hasil olunub.

2006-cı ildə Azərbaycanda 23,92 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu 2005-ci ildən 6,1% çoxdur. Onun 10,5%-i hidroelektrik stansiyalarının, 89,5%-i isə istilik elektrik stansiyalarının payına düşür.

2006-cı ildə yeni elektrik güclü generatorların istismarı sayəsində 522 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Bu həcmin 121,4 mln. kVt/saatı Naxçıvanda Vayxır hidroelektrik stansiyasında və Naxçıvan modul elektrik stansiyasında, 22,3 mln. kVt/saatı Şəkidə, 319,9 mln. kVt/saat Astarada və 57,9 mln. kVt/saatı Xaçmazda istehsal olunub.

2006-cı ildə istilik enerjisi istehsalı 454,9 min Qkal. təşkil edib. Bu 2005-ci ildən 16,5% çoxdur.

Xəbər lenti

Xəbər lenti