...

ARDNF "Thomson Financial Limited"lə müqavilə bağlayıb

Energetika Materials 29 İyun 2007 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əsas mühasib kitabı üçün proqram təminatının hazırlanmasına dair "Thomson Financial Limited" şirkəti ilə saziş bağlayıb. Bu barədə fondun yaydığı məlumatda bildirilir.

"Thomson Financial Limited" şirkəti ARDNF-in əvvəlki müvafiq tenderinin qalibi olub.

"Thomson Financial Limited" şirkəti ilə dəyəri 696,927 dollar olan altı aylıq müqavilə iyunun 22-də imzalanıb.

Tenderdə iştirak üçün 17 təklif daxil olub. Onların qiymətləndirilməsi 9 texniki və maliyyə kriteriyaları üzrə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti