...

Azərbaycan Rusiyaya qaz təklif edib

Energetika Materials 2 İyul 2007 18:44 (UTC +04:00)
Azərbaycan Rusiyaya qaz təklif edib

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyanın "Qaprom" şirkətinə Azərbaycan qazını almağı təklif edib. Bu barədə bazar ertəsi ARDNŞ-in Qaz Əməliyyatları Departamentindən məlumat verilib.

Azərbaycan qazının 1000 kubmetri 230 dollara təklif olunur.

2007-ci ilin yanvar ayının 1-dən etibarən Azərbayacan 1000 kubmetr üçün qiymətin 110 dollardan 235 dollara qalxması ilə əlaqdar rus qazının idxalından imtina edib. Qaz idxalının dayandırılmasından sonra ölkədə qaz hasilatının 2008-ci ilin sonuna qədər 8 mlrd. kubmetrə qədər artırılması barədə proqram qəbul olunub.

Bundan başqa, bu gün Azərbaycan sutkalıq potensial debiti 15 mln. kubmetr təşkil edən üç quyunun fəaliyyət göstərdiyi "Şahdəniz" yatağından qaz alır.

Hazırda Azərbaycan Gürcüstana sutkada 2,5 mln. kubmetr qaz ixrac edir, yaxın zamanlarda isə Türkiyəyə qaz ixrac etməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti