Azərbaycan, Bakı /müx. Trend S.Əliev/ "BP Azərbaycan" şirkəti iyulun sonları, avqustun əvvəllərində "Günəşli" yatağının dərin su hissələrində qazıntı məqsədilə yaşayış bloku və texniki təminat qurğuları ilə birlikdə quraşdırılması planlaşdırılan qazıntı qurğusunun yuxarı hissəsini dənizə göndərmək niyyətindədir. Bundan sonra (sentyabr ayında) yatağın bu hissəsində fəaliyyət göstərən quyuların yenidən qazılmasına başlanılacaq.
Sentyabr ayında "Günəşli" yatağının dərin su hissələrinə kompressor platformasının yuxarı qurğuları, texnoloji işləmələr, texniki təminat, suvurma qurğuları göndəriləcək. 2008-ci ilin may ayında yatağın dərin su hissələrində neft hasilatına başlanılacaq. Bu vaxta qədər yataqda artıq dörd quyu hazır olacaq.
2007-ci ilin sonlarına qədər "Azəri" layihəsi çərçivəsində və "Günəşli" yatağının dərin su hissələrində tikinti işləri başa çatdırılacaq.
"Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində "Azəri", "Çıraq" və "Günəşli" yatağının dərin su hissələri işlənir. Layihənin operatoru "BP" şirkətidir.