...

ARDNŞ iki gəminin təmiri ilə bağlı tender elan edib

Energetika Materials 17 Avqust 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / ARDNŞ-in Xəzər Dəniz Neft Gəmiçiliyi "S.Vəzirov" və "MRK-459" gəmiləri üçün ehtiyat hissələrinin alınmasına dair tender elan edib. Bu barədə ARDNŞ-dan məlumat veriblər.

Avadanlıq və ehtiyat hissələrinin göndərilməsi müqavilə imzalandığı gündən üç aydan gec olmamaq şərtilə həyata keçirilməlidir. Avadanlıq və ehtiyat hissələrinin dəyəri yük göndərildiyi gündən bir il ərzində hissə-hissə ödəniləcək.

Namizədlər qismində tenderdə iştirak edənlər müraciət ərizəsini və digər sənədləri Xəzər Dəniz Neft Gəmiçiliyinə 2007-ci il sentyabrın 20-dən gec olmayaraq göndərməlidir.

Təkliflər qiymətləndirilərkən ehtiyat hissələrinin qiyməti, göndərilmə müddəti, spesifik təcrübə (gəmilərin ehtiyat hissələrlə təchizatı sahəsində) kimi kriteriyalara üstünlük veriləcək.

Tender təklifləri 2007-ci il 27 sentyabradək qəbul ediləcək. Zərflər isə sentyabrın 28-də saat 11.00-da Xəzər Dəniz Neft Gəmiçiliyinin binasında açılacaq.

Xəbər lenti

Xəbər lenti