...

Azərbaycanın rabitə operatoru regional səviyyədə NGN əhatə şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 19 Yanvar 2011 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi regional səviyyədə gələcək nəsil əhatə şəbəkəsini genişləndirir. Bu barədə çərşənbə günü Trend-ə nazirlikdən məlumat verilib.

Operator Göyçay və Salyan telefon şəbəkələrinin texniki təchizatı və gələcək nəsil (NGN-Next Generation Network) şəbəkəsinə keçirilməsi üzrə işlər aparır. Bu gün NGN operator şəbəkəsi Abşeron yarımadası, Sumqayıt, Şamaxı, Gəncə və Kürdəmir telekommunikasiya şəbəkələrini əhatə edir.

NGN-in tətbiqi istehsalat birliynin prioritet vəzifələrindən biridir. Operator onun köməyi ilə uzunmüddətli perspektivdə yeni xidmətlər seqmentinin artımının dəstəklənməsinə nail olmağa çalışır. Regional telefon şəbəkələrinin NGN texnologiyasına keçidi operatopa telefon şəbəkələrinin nömrə tutumunu artırmağa imkan verir.

Yeni sistem operatora sadalanan rayonlarda əhaliyə ənənəvi rabitə xidmətləri ilə yanaşı, IP-telefoniya, genişzolaqlı internet, IP-TV xidmətləri göstərməyə də imkan verir.

Xəbər lenti

Xəbər lenti