...

Azərbaycan Poçt İstismarı Şurasına namizədliyini irəli sürüb

Telekommunikasiya Materials 1 İyun 2012 13:32 (UTC +04:00)
Azərbaycan Poçt İstismarı Şurasının (PİŞ) rəhbər heyətinə namizədliyini irəli sürüb.
Azərbaycan Poçt İstismarı Şurasına namizədliyini irəli sürüb

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Poçt İstismarı Şurasının (PİŞ) rəhbər heyətinə namizədliyini irəli sürüb. Bu barədə cümə günü Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

PİŞ rəhbər heyətinin seçilməsi iyunun 12-13-də Türkmənistanda keçiriləcək Regional Rabitə Əməkdaşlığının (RRƏ) Rabitə administrasiyaları rəhbərləri Şurasının 46-cı iclası çərçivəsində baş tutacaq.

PİŞ Ümumdünya Poçt İttifaqının (ÜPT) texniki problemlərlə və istismar məsələləri ilə məşğul olan orqanıdır. Onun tərkibində 40 üzv ölkə, o cümlədən Azərbaycan təmsil olunub. PİŞ-in üzərinə poçt xidməti sahəsinə aid olan istismar, kommersiya, texniki və iqtisadi xarakterli məsələlərin həlli düşür.

RRƏ-nin Rabitə administrasiyaları rəhbərləri Şurasının iclasında rabitə və informasiyalaşdırma sahəsində MDB ölkələrinin gələcəkdə əməkdaşlığının inkişafına kömək edən RRƏ-nin tədbirlərinin reallaşdırılması məsələləri, radiorabitə və poçt rabitəsi sahəsində beynəlxalq və regional forumlara RRƏ-nin rabitə administrasiyalarının hazırlıqları, Elektrorabitə Operatorları Şurasına yeni iştirakçıların daxil olması və s. nəzərdən keçiriləcək.

RRƏ-nin normativ sənədlərinə əlavə və dəyişiklilərin edilməsi məsələsi daxil olmaqla, RRƏ-nin daxili fəaliyyəti sahəsində qərarların müzakirəsi və qəbulu da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti