...

Azərbaycanda İKT sektorunun gəıirləri 15 faiz artıb

Telekommunikasiya Materials 15 Mart 2013 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir H.Vəliyev/

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda təşkilatlara və əhaliyə 235,9 milyon manat həcmində informasiya və rabitə xidmətləri göstərilib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 15 faiz çoxdur. Bu barədə Trend-ə cümə günü Dövlət Statistika Komitəsindən məlumat verilib.

Göstərilən informasiya və rabitə xidmətlərinin ümümi həcmindən 72,2 faizi əhaliyə göstərilən xidmət olub.

Əldə olunan gəlirlərin ümumi həcmindən 57,2 faizi mobil rabitə xidmətlərinin payına düşür ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 12,5 faiz artıb.

2013-cü ilin yanvar-fevral aylarında ölkədə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin ümumi həcmi 135 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti