...

Azərbaycanın dövlət telekanalları iyuldan etibarən "Azerspace-1" ilə yayımlanacaqlar

Telekommunikasiya Materials 18 İyun 2013 17:03 (UTC +04:00)
Dövlət telekanalları ("AzTV", "İdman Azərbaycan" və "Mədəniyyət") iyul ayından etibarən Azərbaycanın "Azerspace/Africasat-1a" peyki ilə yayımlanacaqlar.
Azərbaycanın dövlət telekanalları iyuldan etibarən "Azerspace-1" ilə yayımlanacaqlar

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir H.Vəliyev/

Dövlət telekanalları ("AzTV", "İdman Azərbaycan" və "Mədəniyyət") iyul ayından etibarən Azərbaycanın "Azerspace/Africasat-1a" peyki ilə yayımlanacaqlar. Bu barədə çərşənbə axşamı Trend-ə layihəyə yaxın mənbə deyib.

Hazırda bu telekanalların yayımı "Azerspace/Africasat-1a" peyki vasitəsilə test rejimində həyata keçirilir.

Mənbə bildirib ki, Azərbaycanın digər telekanalları ilə müavilənin imzalanmasına dair danışıqlar davam edir və ilkin olaraq onların "Azerspace/Africasat-1a" peyki ilə yayımı yaxın iki ay ərzində təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti