...

Türkiyənin "Türksat 3A" peyki vasitəsilə Azərbaycan paketinin yayımı dayandırılacaq

Telekommunikasiya Materials 25 İyun 2013 14:42 (UTC +04:00)
İyulun 1-dən etibarən Türkiyənin "Türksat 3A" peyki vasitəsilə Azərbaycan paketinin yayımı dayandırılacaq.
Türkiyənin "Türksat 3A" peyki vasitəsilə Azərbaycan paketinin yayımı dayandırılacaq

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir H. Vəliyev/

İyulun 1-dən etibarən Türkiyənin "Türksat 3A" peyki vasitəsilə Azərbaycan paketinin yayımı dayandırılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə "Teleradio" İstehsalat Birliyindən bildiriblər.

Hazırda Azərbaycanın 7 teleradiokanalı ("AzTV", "İdman Azərbaycan", "Mədəniyyət", "İctimai", "ATV İnt.", "Xəzər", "Azad Azərbaycan") Azərbaycanın "Azerspace/Africasat-1a" peykinin resursuna keçirilib.

Azərbaycan telekanallarına baxmaq üçün antenləri 11169.15 MHz, H, S/R-20400 Mb/s. dalğasına kökləmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti