...

"Azerspace" peyki vasitəsilə Azərbaycan TV paketinə baxmaq üçün istifadəçi tənzimləmələri açıqlanıb

Telekommunikasiya Materials 3 İyul 2013 17:00 (UTC +04:00)
"Azərkosmos" ASC "Azerspace/Africasat-1a" peyki vasitəsilə Azərbaycan TV paketinə baxmaq üçün istifadəçi tənzimləmələrini açıqlayıb.
"Azerspace" peyki vasitəsilə Azərbaycan TV paketinə baxmaq üçün istifadəçi tənzimləmələri açıqlanıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir H.Vəliyev/

"Azərkosmos" ASC "Azerspace/Africasat-1a" peyki vasitəsilə Azərbaycan TV paketinə baxmaq üçün istifadəçi tənzimləmələrini açıqlayıb.

Trend ASC-yə istinadən məlumat verir ki, istifadəçilər peyk qəbuledicilərini bu formada tənzimləməlidirlər: tezlik - 11169 MHz, sürət - 20400, polyarlaşma - Horizontal və FEC - 5/6.

Hazırda Azərbaycanın 7 telekanalı ("AzTV", "İdman Azərbaycan", "Mədəniyyət", "İctimai", "ATV İnt.", "Xəzər", "Azad Azərbaycan") "Azerspace" peykinin resurslarına keçirilib.

"Azerspace/Africasat-1a" rabitə peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti