...

"Azerspace-1" peyki vasitəsilə yayımlanan telekanalların sayı 56-ya çatıb

Telekommunikasiya Materials 16 Sentyabr 2013 16:32 (UTC +04:00)
Azərbaycanın "Azerspace/Africasat-1a" peyki vasitəsilə yayımlanan telekanalların sayı 56-ya çatıb.
"Azerspace-1" peyki vasitəsilə yayımlanan telekanalların sayı 56-ya çatıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın "Azerspace/Africasat-1a" peyki vasitəsilə yayımlanan telekanalların sayı 56-ya çatıb. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, peyk vasitəsilə yayımlanan televiziya kanallarından səkkizi yerli (AzTV, İTV, CBC, Xəzər, ANS, Mədəniyyət, İdman Azərbaycan, Azad Azərbaycan) kanaldır. Televiziya kanalları ilə yanaşı, peyk vasitəsilə radiokanalların da yayımı həyata keçirilir.

Məlumatda bildirilir ki, "Azerspace/Africasat-1a" peyki tərəfindən yayımlanan televiziya kanallarının sayı mərhələli şəkildə artırılacaq və ölkədə bu istiqamətdə işlər görülür.

Hazırda telekanalların həm standart, həm də birbaşa yayımı həyata keçirilir.

"Azerspace/Africasat-1a" rabitə peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşir.

İstifadəçilər televiziya kontentinə baxmaq üçün peyk qəbuledicilərini bu formada tənzimləməlidirlər: tezlik - 11169 MHz, sürət - 20400, polyarlaşma - Horizontal və FEC - 5/6.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti