...

Nazir: Azərbaycanın aşağı orbitli peykinin tikintisi üzrə tenderin tamamlanması müddəti başqa vaxta keçirilib

Telekommunikasiya Materials 6 İyul 2014 08:46 (UTC +04:00)
Azərbaycanın aşağı orbitli peykinin tikintisi üzrə tenderin tamamlanması müddəti bir neçə ay uzadılıb.
Nazir: Azərbaycanın aşağı orbitli peykinin tikintisi üzrə tenderin tamamlanması müddəti başqa vaxta keçirilib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın aşağı orbitli peykinin tikintisi üzrə tenderin tamamlanması müddəti bir neçə ay uzadılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, bu, onunla bağlıdır ki, layihə mürəkkəbdir və dəqiq yanaşma tələb edir, çünki söhbət yüksək keyfiyyətli peykdən gedir.

Abbasov bildirib: "Güman edirəm ki, tender sentyabrda başa çatacaq".

Azərbaycanın aşağı orbitli peykinin buraxılışı 2017-ci ilə planlaşdırılıb. Peykin tikintisinə 30 ay vaxt ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti