...

Bakıda texnologiya sahəsində uğurlu qadınlara həsr olunmuş konfrans keçirilib

Telekommunikasiya Materials 4 May 2016 20:15 (UTC +04:00)
ADA Universitetində “Microsoft Azerbaijan” şirkətinin və “Femmes Digitales” klubunun birgə təşkilatçılığı ilə qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş “Azərbaycanın Rəqəmsal Qızları (“DigiGirlz”): İKT sahəsində işıqlı gələcək” adlı konfrans keçirilib.
Bakıda texnologiya sahəsində uğurlu qadınlara həsr olunmuş konfrans keçirilib

Bakı. Trend:

ADA Universitetində "Microsoft Azerbaijan" şirkətinin və "Femmes Digitales" klubunun birgə təşkilatçılığı ilə qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş "Azərbaycanın Rəqəmsal Qızları ("DigiGirlz"): İKT sahəsində işıqlı gələcək" adlı konfrans keçirilib.

"Microsoft" bütün dünyada bu təşəbbüslə çıxış edir və artıq üç il ardıcıl olaraq sözügedən konfrans Azərbaycanda təşkil olunur.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard sözügedən təşəbbüsü yüksək qiymətləndirib və bildirib ki, analoji tədbirlər çərçivəsində təşkil olunan ünsiyyət yüksək potensiala malik olan qadınlar arasında şəbəkənin qurulması üçün olduqca vacibdir: "Biz Azərbaycanda təhsil sahəsinə xüsusi diqqət ayırırıq. Eyni zamanda, ölkədə İKT sektoru da sürətlə inkişaf edir. Biz ikitərəfli əlaqələrin inkişafını davam etdirməliyik və bu cür tədbirlər mövcud olan qarşılıqlı əlaqələrin bir qədər də möhkəmlənməsinə yardım edəcək".

Öz növbəsində, "Microsoft"un MDB ölkələrində marketinq və əməliyyatlar üzrə direktoru xanım Aliyə Nəzərqasımova qeyd edib ki, "Microsoft" Korporasiyası dünya üzrə qadınları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir: "DigiGirlz" konfransının əsas məqsədi də məhz Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Sözügedən konfrans perspektivli tələbələrə texnologiya sahəsinin onlara verə biləcəyi imkanları və indiyə qədər mövcud istedadının açılmasına mane olan gender stereotipləri qırmaq və İKT sahəsində nə cür karyera qurmağı göstərmək üçün yaradılıb".

Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis qadınlar iştirak ediblər. Bu konfrans gənc qadınlara sürətlə inkişaf edən texnologiya sahəsində işlərinə və ən cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanını yaradıb.

Tədbir zamanı iştirakçılar informasiya texnologiyaları sahəsində karyera qurmuş uğurlu qadınlarla ünsiyyət qurmaq imkanı əldə ediblər və bu sahədə fəaliyyət göstərməyin onlara nə verə biləcəyi ilə tanış olublar.

Konfransda ABŞ-ın Azərbaycandakı səfirliyinin şöbə müdiri xanım Lori Antolinez, ADA Universitetinin texnologiya və innovasiyalar üzrə vitse-rektor Muhammadu Kah, "Microsoft"un Qafqaz ölkələri və Belarus üzrə korporativ marketinq meneceri xanım Səbinə Pərvizi, "Azərbaycanın 100 biznes-qadını" təşkilatının sədri xanım Tatyana Mikayılova, "Femmes Digitales" klubunun rəhbəri xanım Yana Krimpe və başqaları çıxış ediblər.

Bundan başqa, tədbir çərçivəsində "Microsoft Imagine Cup" beynəlxalq texnoloji müsabiqədə ikinci yerə layiq görülmüş gənc qızların "Spinal" kimi startaplar nümayiş olunub.

Qeyd edək ki, "DigiGirlz" gənc qadınlara aid təhsil, elm, texnologiya, mühəndis işində və riyaziyyat sahələrinə investisiya yatıran "Microsoft" Korporasiyasının proqramıdır. Proqram qlobal iqtisadiyyatın problemlərinə və çağırışlarına hazır olan gələcəyin işçilərini hazırlanmaq məqsədini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti