...

Əli Abbasov İnformasiya-Kommunikasiya Texnologiyaları və İnkişaf üzrə Qlobal Alyansın sammitində iştirak edib

Telekommunikasiya Materials 22 İyun 2006 17:19 (UTC +04:00)

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iyunun 18-21-də Kuala-Lumpurda (Malayziya) keçirilmiş İnformasiya-Kommunikasiya Texnologiyaları və İnkişaf üzrə Qlobal Alyansın I sammitində iştirak edib.

Trend nazirliyin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, alyans BMT-nin informasiya təminatı üzrə dövlətlərarası əlaqələrin tənzimlənməsi məqsədilə Tunis sammitinin qərarı ilə yaradılıb.

Ə.Abbasov tədbirə əsas məruzəçi qismində dəvət olunub.

O, Malayziyanın elm, texnologiya və innovasiyalar naziri Camaludin Carcis, BMT baş katibinin müavini Mark Braun, Qlobal Alyansın prezidenti, Intel-in başçısı Kreyq Barretlə görüşüb. Görüşlər çərçivəsində Azərbaycanda rabitə sahəsinin mövcud vəziyyəti, layihələr, islahatlar, inkişaf perspektivləri və əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti