...

Azərbaycanın Rabitə Nazirliyi 175 min nömrə istismara verib

Telekommunikasiya Materials 7 Oktyabr 2006 13:26 (UTC +04:00)

2006-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 174650 telefon nömrəsi istismara verib. Dövlət strukturundan Trend ə verilən məlumata görə, istismara verilmiş ümumi nömrələrin 121084-ü Bakı Telefon Rabitəsi (BTRIB) İstehsal Birliyinin, yerdə qalan 53655 nömrə isə Aztelekom İB-nin payına düşüb.

Bu dövr ərzində 24 mln. AZN-dən çox sərmayə qoyulub. Bu vəsaitlər rabitə obyektlərinin yenidənqurulmasına, həm paytaxt ətrafında, həm də bölgələrdə yeni telefon xətlərinin çəkilməsinə yönəldilib.

2005-ci ildə Rabitə Nazirliyi respublika üzrə 164 185 telefon nömrəsi istismara verib ki, bu da 2004-cü ilə olan göstərici ilə müqayisədə 42 611 nömrə çoxdur.

Aztelekom İB Bakı və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, bütün respublika ərazsində beynəlxalq və şəhərlərarası telefon rabitəsini təmin edir. Aztelekom İB beynəlxalq rabitənin yeganə operatoru və təbii inhisarçıdır. 54 telekommunikasiya müəssisəsi, Bakı Şəhərlərarası Telefon Qovşağı, Kabel Magistral Texniki Qovşağı və Təmir-Tikinti İdarəsi İB-nin tabeliyindədir.

BTRİB Bakı şəhəri ərazisində dövlət müəssisələrinə və idarə orqanlarına, müəssisə və təşkilatlara, o cümlədən xarici hüquqi şəxslərə telefon və radio-rabitəsi üzrə xidmətlər göstərir. İB-yə 9 telekommunikasiya müəssisəsi, rabitə qurğularının tikintisi və təmiri idarəsi və Azərrabitəlayihə layihə-araşdırma kontoru daxildir.

Xəbər lenti

Xəbər lenti