...

Azərfon "Nar Mobile" abunəçilərinin sayını açıqlayıb

Telekommunikasiya Materials 20 İyun 2007 16:41 (UTC +04:00)
Azərfon  "Nar Mobile" abunəçilərinin sayını açıqlayıb

Azərbaycan, Bakı / Trend / "Nar Mobile" ticarət nişanı altında mobil xidmətləri təklif edən Azərbaycanın mobil operatoru Azərfon BM bəyan edib ki, şirkət 100 min abunəçiyə malikdir.

Çərşənbə günü keçirilən brifinqdə şirkətin baş direktoru Con Armli bildirib ki, hazırda "Nar Mobile" şəbəkəsi Azərbaycan ərazisinin 80 faizini əhatə edir.

Ağdaş, Qazax, Ağstafa və Xaçmaz da operatorun əhatə dairəsinə daxildir. Təkcə son üç ay ərzində ölkənin uzaq bölgələrində olduğu kimi paytaxtda da xidmətlərin keyfiyyətinin artırılması məqsədilə şirkət tərəfindən 70 stansiya quraşdırılıb. "Nar Mobile"ın rouminqinin əhatə dairəsinə 217 ölkə və 430 mobil operatoru daxildir.

Bu gün Azərfon texniki cəhətdən 500 min abunəçiyə xidmət göstərmək imkanına malikdir. Bu, operatorun kommersiya fəaliyyətinin başlanğıcındakı göstəricidən iki dəfə çoxdur. 2007-ci ilin sonunadək mövcud imkanlar artırılacaq və şirkət 1 milyondan çox abunəçiyə xidmət göstərə biləcək.

Şirkət müvafiq müddət ərzində həmçinin "Bakcell" şirkəti ilə imzaladığı daxil rouminqsiz Azərbaycanın 80 faizini əhatə etməyi planlaşdırır.

"Azərfon" BM Azərbaycan ərazisində GSM standartı üzrə mobil rabitə xidmətlərini göstərmək üçün Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən lisenziyanı 2005-ci ilin sonunda alıb. Kommersiya fəaliyyəti ilə isə şirkət 2007-ci ilin martın 21-dən məşğul olmağa başlayıb. 

Xəbər lenti

Xəbər lenti