...

NATO-nun nümayəndə heyəti Tbilisiyə səfərə gəlir

Dünya xəbərləri Materials 15 Sentyabr 2008 11:05 (UTC +04:00)
NATO-nun nümayəndə heyəti Tbilisiyə səfərə gəlir

NATO-nun nümayəndə heyəti Tbilisiyə səfərə gəlir. Nümayəndə heyətinə Şimali Atlantika Alyansının Baş katibi Yap de Hopp Sxeffer rəhbərlik edir. "Reuters" agentliyinin verdiyi xəbərə görə, Alyans nümayəndələrinin Gürcüstan paytaxtına səfəri zamanı NATO - Gürcüstan komissiyasının ilk iclası keçiriləcək. İclasda Gürcüstanın NATO-ya üzvlük üzrə fəaliyyət planına (ÜFP) qoşulma perspektivlərinin qiymətləndiriləcəyi gözlənilir.

NATO - Gürcüstan komissiyası Rusiya - Gürcüstan münaqişəsindən sonra yaradılıb. Komissiya Tbilisinin Alyansa inteqrasiyası prosesinə nəzərəti həyata keçirəcək. RBK -nın verdiyi xəbərə görə, NATO-nun cari ilin aprel ayında keçirilən iclasında Ukrayna kimi, Gürcüstana da ÜFP ilə bağlı rədd cavabı verilib, lakin Alyans 2008-ci ilin dekabrında bu məsələyə yenidən baxılacağını vəd edib.

Xəbər lenti

Xəbər lenti