...

İsrail Qəzzanın dənizdən mühasirəsinin zəiflədilməsi məsələsinə baxır

Dünya xəbərləri Materials 4 İyun 2010 10:27 (UTC +04:00)
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza sektorunun dənizdən mühasirəsinin zəiflədilməsi məsələsinə baxmağa hazırdır, - bu barədə İsrail KİV cümə axşamı məlumat yayıb.
İsrail Qəzzanın dənizdən mühasirəsinin zəiflədilməsi məsələsinə baxır

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza sektorunun dənizdən mühasirəsinin zəiflədilməsi məsələsinə baxmağa hazırdır, - bu barədə İsrail KİV cümə axşamı məlumat yayıb.

İsrailin 2-ci kanalı ilə yayılan bəyanata görə, Baş nazir gəmilərin silah daşıyıb-daşımadığına əmin olmaq üçün, Qəzza sektoruna mal daşıyan hər bir gəminin öyrənilməsi məqsədilə beynəlxalq müfəttişlərin buraxılmasına hazırdır, - bu barədə DPA xəbər yayıb.

Cümə axşamı Baş nazir ABŞ, Rusiya, Avropa İttifaqı və BMT-nin Yaxın Şərq "dördlüyü"nün səfiri Toni Blerlə görüşüb.

İsrailin xüsusitəyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə, ən azı, 600 nəfər hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub. Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyatın qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilərsə 10 nəfərin öldüyünü iddia edirlər.

Xəbər lenti

Xəbər lenti