...

Brüsseldəki terror aktlarında 31 nəfər ölüb, 250 nəfər yaralanıb

Dünya xəbərləri Materials 23 Mart 2016 10:36 (UTC +04:00)

Bakı. Trend:

Ötən gün Brüssel aeroportu və metrosunda baş vermiş silsilə terror aktları nəticəsində 31 nəfər ölüb, 250 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Trend-in xəbərinə görə, bu barədə RİA Novosti-yə böhran mərkəzi məlumat verib.

Xatırladaq ki, dünən Brüssel aerportunda iki partlayış olub. Üçüncü partlayış isə Malbek metro stansiyasında baş verib.

Partlayışları İŞİD terror təşkilatı törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti