...

İraqda referendumda iştirak edən məmurlar işdən çıxarılacaq

Dünya xəbərləri Materials 25 Sentyabr 2017 18:13 (UTC +04:00)

Bakı. Trend:

İraq Parlamentində Kürd muxtariyyətinin müstəqilliyi referendumunda iştirak etmiş kürd məmurların istefaya göndərilməsi məsələsi müzakirə olunub.

Trend-in məlumatına görə, bu qərar qəbul olunacağı təqdirdə referendumda iştirak etmiş, dövlət və hökumət orqanlarında, eləcə də təhlükəsizlik qurumlarında çalışan kürd məmurlar işlərindən azad ediləcək.

Bundan başqa, Parlamentdə bu məsələ ilə bağlı digər sanksiyaların da müzakirə olunduğu bildirilib.

Hələlik təfərrüatlar barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti