...

Buzlaqların əriməsinın daha bir təhlükəsi - Sinir sistemimizlə bağlı

Dünya xəbərləri Materials 9 Fevral 2018 15:19 (UTC +04:00)
Yer kürəsinin şimal yarımkürəsindəki əbədi buzlaqlarda 793 milyon kiloqram civə yığılıb və buzların əriməsi faciəyə səbəb ola bilər
Buzlaqların əriməsinın daha bir təhlükəsi - Sinir sistemimizlə bağlı

Bakı. Trend:

Yer kürəsinin Şimal yarımkürəsindəki əbədi buzlaqlarda 793 milyon kiloqram civə yığılıb və buzların əriməsi faciəyə səbəb ola bilər.

Trend-in məlumatına görə bu, ABŞ geoloqlarının həyata keçirdiyi tədqiqatlar nəticəsində məlum olub.

Aparılan təcrübələr nəticəsində məlum olub ki, əbədi buzlaqlarda civənin həcmi son 30 il ərzində insan fəaliyyəti nəticəsində alınmış civədən on dəfə çoxdur.

Qeyd olunur ki, buzlaqlardan azad olunmuş metal zəhərli metil-civə birləşməsinə çevrilə bilər. Bu maddə isə insanın mərkəzi sinir sisteminə böyük ziyan vura bilər.

Xəbər lenti

Xəbər lenti