...

Qara dənizdə Türkiyə gəmisi atəşə tutuldu - Yaralılar var

Dünya xəbərləri Materials 21 May 2019 14:15 (UTC +04:00)
Qara dənizdə balıqçı gəmisi atəşə tutulub.
Qara dənizdə Türkiyə gəmisi atəşə tutuldu - Yaralılar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Qara dənizdə balıqçı gəmisi atəşə tutulub. Trend-in məlumatına görə, gəmi Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub.

İnsident nəticəsində Türkiyəyə məxsus gəminin 3 ekipaj üzvünün yaralandığı bildirilir.

Gəminin 8 nəfərdən ibarət ekipaj üzvü Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən saxladıqdan sonra gəminin batırıldığı deyilir.

Türkiyə tərəfindən hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti