...

Hindistanda uşaq dolu avtobus dərəyə aşıb

Dünya xəbərləri Materials 6 Avqust 2019 09:33 (UTC +04:00)

Bakı. Trend:

Hindistanda avtobus dərəyə aşıb.

Trend-in məlumatına görə, qəza nəticəsində azı 7 uşağın öldüyü ehtimal edilir. Ümumilikdə, qəza anında avtobusda 18 uşağın olduğu qeyd olunur.

Hazırda xilasedicilər qəza baş vermiş Tehri Qarhval mahalında işləyirlər. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti