...

Yunanıstanda 90 nəfər mövsümi qripin qurbanı olub

Dünya xəbərləri Materials 13 Mart 2020 12:36 (UTC +04:00)
Mövsümi qriplə bağlı müşahidələr oktyabr ayından başlayaraq aparılır
Yunanıstanda 90 nəfər mövsümi qripin qurbanı olub

Bakı. Trend:

Yunanıstanda 90 nəfər mövsümi qrip virusunun qurbanı olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Səhiyyə Təşkilatı bildirib.

Qeyd olunur ki, mövsümi qriplə bağlı müşahidələr oktyabr ayından başlayaraq aparılır.

Müşahidə aparılan müddətdə 238 yoluxma faktı qeydə alınıb. Məlumata əsasən, xəstələr əsasən A qripi ştammının H3N2 və H1N1 yarımtiplərinə yoluxub.

Qeyd edək ki, Yunanıstan 117 koronavirusa yoluxma faktı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti