...

Moskvada koronavirusdan daha 10 nəfər ölüb

Dünya xəbərləri Materials 13 Aprel 2020 01:31 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 10 nəfər ölüb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada iki tərəfli pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 10 xəstə dünyasını dəyişib. Ölənlər 39-80 yaşlarında olub. Ölən 39 yaşlı xəstə hipertoniyadan əziyyət çəkirdi".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin sayı 82 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti