...

Səudiyyə Ərəbistanı neft hasilatını may ayından əvvəl azaltmağa başlaya bilər

Dünya xəbərləri Materials 21 Aprel 2020 07:45 (UTC +04:00)
Səudiyyə Ərəbistanı neft hasilatını may ayından əvvəl azaltmağa başlaya bilər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı və digər OPEK ölkələri neft hasilatını planlaşdırılan vaxtdan - may ayından əvvəl azaltmağa başlaya bilərlər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "The Wall Street Journal" qəzetinə mənbələr bildirib.

Mənbələrin məlumatına əsasən, belə bir qərarın müzakirəsi Nyu-York Ticarət Birjasında "WTI" markalı neftin qiymətinin ABŞ tarixində ilk dəfə mənfiyə düşməsi ilə əlaqədardır.

Qeyd edək ki, ötən gün "WTI" markalı neftin may fyuçerslərinin qiyməti Nyu-York Ticarət Birjasında 35,97 dollar (196,88%) ucuzlaşaraq -17,7 dollara düşüb. İyun fyuçerləsrinin qiyməti təxminən 20 dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti