Bakı. Trend:
Rusiyada aprelin 22-də sutkalıq neft hasilatı əvvəlki günlə müqayisədə 0,6 faiz artıb.
Trend-in məlumatına görə, ölkəda neft hasilatı OPEC+ çərçivəsində əldə olunan sazişə baxmayaraq çoxalıb.
Aprelin ortalarınadək Rusiyada sutkada 1,537 milyon ton neft hasil edilib. Aprelin 17-dən bəri artım 0,8 faiz təşkil edib.
Xatırladaq ki, aprelin 11-də OPEC və təşkilata daxil olmayan ölkələr (OPEC+) neft hasilatını ümumilikdə, sutkada 9,7 milyon barel azaltmaq barədə razılıq əldə edib. Razılaşma mayın 1-dən qüvvəyə minəcək.