...

Kanadada helikopter qəzaya uğrayıb, ölən var

Dünya xəbərləri Materials 21 İyul 2020 05:15 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın Nyufaundlend və Labrador əyalətində helikopter qəzaya uğrayıb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, hadisə Torbern gölü yaxınlığında qeydə alınıb. Qəza zamanı helikopterdə 3 nəfər olub. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, iki nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hadisə yerində hüquq-mühafizə orqanları işləyir, qəzanın səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti