...

Norveç daha iki ölkədən gələnlər üçün məcburi on günlük karantin tətbiq edir

Dünya xəbərləri Materials 27 Avqust 2020 08:34 (UTC +04:00)

Bakı. Trend:

Norveç koronavirusun yayılması ilə əlaqəli pisləşən epidemioloji vəziyyətə görə ərazisinə iki Avropa ölkəsindən gələn şəxslər üçün on günlük karantin tətbiq edir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Norveç Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda Almaniya, Lixtenşteyn və İsveçin Kalmar və Vasterbotten bölgələrindən bəhs edilir. "Avqustun 29-dan etibarən bu ölkələrdən və bölgələrdən Norveçə gələn hər kəs 10 gün müddətində karantində olmalıdı", - ölkənin XİN-i bildirilir. Eyni zamanda Norveç Xarici İşlər Nazirliyi vətəndaşlara təcili ehtiyac olmadan bu ölkələrə və bölgələrə səyahət etməkdən çəkinməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti