...

İsrail ilə ABŞ Yaxın Şərq hava hücumundan müdafiə alyansı yaradıblar

Dünya xəbərləri Materials 21 İyun 2022 07:38 (UTC +04:00)

Bakı. Trend:

İsrail və ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə alyansı yaradıb.

Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Benni Qants deyib.

Nazir bildirib ki, alyans İsrailə regionun digər ölkələri ilə münasibətləri yaxşılaşdırmağa imkan verəcək. "Reuters" agentliyi hesab edir ki, söhbət Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən, eləcə də Körfəz Əməkdaşlıq Şurasının digər ölkələrindən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti