...

Bu Avropa ölkəsi Ermənistanda səfirlik açacaq

Dünya xəbərləri Materials 22 Avqust 2023 13:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Belçika yaxın zamanlarda Ermənistanda səfirlik açacaq.

Trend xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda belçikalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz Belçika hökumətinin İrəvanda Belçika səfirliyinin açılması qərarını alqışlayırıq. Bölgədə iqtisadi inkişafın təşviqinə, demokratik dəyərlərə əsaslanan əməkdaşlıq öz müsbət nəticəsini verəcək. Bu qərar, şübhəsiz ki, Ermənistan-Belçika münasibətlərinin dinamik inkişafına yeni təkan verəcək", - deyə Mirzoyan qeyd edib.

Qeyd edək ki, Belçikanın xarici işlər naziri Hadija Labib Ermənistan səfərinin ardından Azərbaycana gələcək.

Xəbər lenti

Xəbər lenti