...

İran paytaxtında xəstəxana yanır (VİDEO)

Dünya xəbərləri Materials 25 Yanvar 2024 20:20 (UTC +04:00)
İran paytaxtında xəstəxana yanır (VİDEO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Yerli vaxtla 19:00-da İran paytaxtı Tehran şəhərində Qandi xəstəxanasında yanğın baş verib.

Trend-in məlumatına görə, bunu Tehran Yanğınsöndürmə Xidmətinin sözçüsü Calal Məleki deyib.

Onun sözlərinə görə, xəstəxananın yerləşdiyi Vəliəsr prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Məleki deyib ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və təcili yardım maşını ezam olunub.

Hələlik hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti