Bakı. Trend:
Vaşinqton administrasiyası Rusiya və Ukrayna nümayəndələri ilə Səudiyyə Ərəbistanında aparılan danışıqları müsbət qiymətləndirir və tezliklə müsbət bəyanat vermək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata əsasən, "Tramp administrasiyasının ekspert qruplarının Ər-Riyadda apardığı danışıqlar son dərəcə yaxşı keçir".
"Tezliklə müsbət açıqlama veriləcəyini gözləyirik", - deyə mənbə əlavə edib.