...

ABŞ Çindən idxal olunan mallara görə rüsumlarda heç bir istisna tətbiq etməyəcək - Tramp

Dünya xəbərləri Materials 14 Aprel 2025 06:58 (UTC +04:00)
ABŞ Çindən idxal olunan mallara görə rüsumlarda heç bir istisna tətbiq etməyəcək - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqton administrasiyasının Çindən idxal olunan mallara tətbiq edilən rüsumlarda heç bir istisna etmədiyini bildirib.

Trend xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Heç kim, xüsusilə də hazırda bizə qarşı ən pis davranan Çin, ədalətsiz ticarət balansı və qeyri-maliyyə rüsum maneələri səbəbindən məsuliyyətdən yayınmayacaq”, – deyə Tramp qeyd edib.

Prezident həmçinin açıqlayıb ki, onun administrasiyası elektronika tədarük zəncirinin bütün hissələrinə qarşı tətbiq edilən ticarət rüsumlarının ABŞ-nin milli təhlükəsizlik maraqları baxımından uyğunluğunu araşdıracaq.

“Biz ABŞ-də məhsul istehsal etməliyik və Çin kimi düşmən ticarət güclərinin, eləcə də digər ölkələrin girovuna çevrilməməliyik. Bu ölkələr amerikan xalqına hörmətsizlik göstərmək üçün əllərindən gələni edirlər”, – deyə Tramp əlavə edib.

Xəbər lenti

Xəbər lenti